Çərşənbə , Noyabr 20 2019
Home / Gündəm / 11 Yanvardan etibarən Norveç FM radio yayımını kəsəcək

11 Yanvardan etibarən Norveç FM radio yayımını kəsəcək

    Spotify və Pandora bütün musiqi ehtiyacımızı qarşılamazdan əvvəl, FM radyomuzda doğru tezliyi və doğru antena bucağını tapmaq lazım idi. 1950-ci ildə kəşf edilən FM (frequency modulation) sayəsində günümüzə qədər yalnız musiqi deyil, xəbərlər, yol vəziyyəti və hava vəziyyətini öyrənə bilirdik. Ancaq görünür inkişaf edən rəqəmsal texnologiya bir ölkənin radio stansiyalarını tamamilə ləvğ etməsinə səbəb olacaq.

   Norveç 2 il əvvəl etdiyi şərhdə, bu il FM radio şəbəkəsini bağlayacağını söyləmişdi. Bu həftə isə radio stansiyalarının bağlanma tarixi tam olaraq müəyyən oldu. 11 Yanvar saat 11:11:11-də Norveç, Bodø şəhərindən başlayaraq ölkədəki bütün FM radio stansiyalarını bağlayacaq və rəqəmsal yayım sisteminə keçəcək.

   Analoq radiodan digitala keçid və daha çoxu!

   Norveç, bu dəyişikliyin bir çox üstünlüyü olduğunu söyləsə də, bu hərəkətin xalq tərəfindən dəstəkləndiyini söyləyə bilmərik. Aparılan bir anketə görə xalqın 66%-i FM radionun bağlanılmasına qarşı, buna qarşılıq dəyişikliyi müsbət qarşılayanların nisbəti yalnız 17% təşkil edir. Dəyişməyə qarşı olan insanların dayandığı ən böyük səbəb FM radiodakı təcili məlumat tezliklərinin da bağlanacaq olmasıdır.

   Əksəriyyətin dəyişimi qəbul etməməsinə baxmayaraq Norveç planlarını bütün sürətlə reallaşdırmağa davam edir. FM radio texnologiyası evlərdə, avtomobillərdə və hətta mobil telefonlarda belə istifadə edilir olmasına baxmayaraq, köhnə texnologiyanın analoq təbiəti özlüyündə bir çox problemi gətirir. Buna görə bir çox ölkələr rəqəmsal (digital) yayıma keçmək mövzusunda tələsirlər.

Mənbə:http://www.chip.com.tr/haber/11-ocaktan-itibaren-norvec-fm-radyo-yayinini-kesecek_67247.html

Həmçinin oxuyun

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir