Şənbə , Mart 28 2020
Home / Gündəm / ABŞ termonüvə bombasını ilk dəfə “F-16” qırıcısı ilə sınaqdan keçirib

ABŞ termonüvə bombasını ilk dəfə “F-16” qırıcısı ilə sınaqdan keçirib

      ABŞ Hərbi-Hava Qüvvələri “B61-12” tipli termonüvə bombasını ilk dəfə olaraq “F-16” qırıcı təyyarəsi ilə sınaqdan keçirib. Mediaktiv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partladıcısız termonüvə bomba aprelin 14-də “F-16C” qırıcı təyyarəsindən Nevada ştatındakı poliqona atılıb.

    “Robins” aviabazasının saytında dərc olunmuş müvafiq məlumatda qeyd edilib ki, sınaqların məqsədi təyyarənin döyüş sursatını daşıma qabiliyyətini nümayiş etdirmək və mərminin qeyri-nüvə komponentlərinin işləməsini yoxlamaqdır.

       Bomba ilk dəfə olaraq “F-16C” qırıcı təyyarəsi ilə sınaqdan keçirilib. Gələcəkdə onu “B-2A”, “B-21”, “F-15E”, “F-16C/D” və “F-16 MLU”, habelə “F-35” və “PA-200” tipli təyyarələrlə də sınaqdan keçirmək nəzərdə tutulub.

       İdarəolunan və yüksək dəqiqliyə malik yeni “B61-12” tipli bomba ilk dəfə 2015-ci ildə sınaqdan keçirilib.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir