Çərşənbə axşamı , May 26 2020
Home / Gündəm / AFFA millinin bir neçə futbolçusunu cərimələdi

AFFA millinin bir neçə futbolçusunu cərimələdi

AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bir neçə futbolçusunu cərimələyib.

MediAktiv.Az xəbər verir ki, həmin futbolçuların yarış zamanı siqaret çəkdikləri məşqçi heyəti tərəfindən müəyyən olunub.

Hadisə U-19 komandaları arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində  baş verib.

Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.

İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …