Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / Gündəm / Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Sevda Novruzovaya“Əməkdar dövlət qulluqçusu”  fəxri adının verilməsi haqqında  Sərəncam imzalayıb.

MediAtkiv.az-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sevda Hüseyn qızı Novruzovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin”.

Qeyd edək ki, Sevda Novruzova Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışır.

Həmçinin oxuyun

Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi

Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin görüntüləri yayılıb. MediAktiv.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim …