Çərşənbə axşamı , May 11 2021
Home / Gündəm / Amin Musayev və digər əsirlər Bakıya gətirilib-FOTO

Amin Musayev və digər əsirlər Bakıya gətirilib-FOTO

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev Vətənə gətirilib.

MEDIAKTIV.AZ-ın xəbərinə görə, A.Musayev hazırda Bakıda həkim nəzarəti altındadır.

A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.

Bu gün erməni əsirliyindən azad olunaraq Vətənə gətirilən əsir və girovlar bunlardır:

Emin Baxşəliyev

Amin Musayev

Yəhya Abdinov

Şərif Əliyev

Ömər Ələkbərov

Nurəddin Yolçuyev

Bayram Kərimov

Şahbaz Quliyev

Dilqəm Əsgərov.

Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq

Bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. …