Bazar ertəsi , Oktyabr 21 2019
Home / Gündəm / Aprel döyüşündə sağ qalan yeganə erməni əsgəri: Azərbaycan tanklarının sayı əsgərlərimizdən çox idi – VİDEO

Aprel döyüşündə sağ qalan yeganə erməni əsgəri: Azərbaycan tanklarının sayı əsgərlərimizdən çox idi – VİDEO

Ermənistan mətbuatı ötən ilin aprel döyüşləri ilə bağlı şok reportaj hazırlayıb.

Mediaktiv.az A24.Az a istinadla xəbər verir ki, reportajda Ermənistan ordusunun postlarının birinin sağ qalan yegənə əsgəri də danışıb.

Əvvəlcə, mayor Edqar Martlrosyan çıxış edib və qeyd edib ki, Azərbaycan tərəfi qüvvə və texnika baxımından onlardan çox üstün olub. Onun sözlərinə görə, Azərbaycan tanklarının sayı onların əsgərlərinin sayından çox idi.

Briqadanın sağ qalan yeganə əsgəri Narik Nikoğosyan isə bildirib ki, təkcə aprel döyüşlərinin ilk günündə 40 nəfərə qədər hərbçiləri ölüb:

“Bizim postdan sağ qalan yeganə əsgər mən idim. Atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik. İlk dəqiqələrdə başa düşürdük ki, buradan heç kim sağ çıxmayacaq”.

Başqa bir əsgər – Arman Kirakosyan isə qeyd edib ki, bütün əsgər yoldaşıları yaralandı və sonradan onlardan çoxu öldü. “Bizim postda olan əsgərlərdən yalnız iki nəfər sağ qaldı”.

Erməni hərbçilərin çıxışlarını təqdim edirik:

Həmçinin oxuyun

Culfa rayonunda Payız -qış mövsümünə hazırlıq

Əhalinin içməli su təchizatında heç bir çətinlik olmayacaq.Bu gün muxtar dövlətimizdə diqqətdə saxlanılan əsas məsələlərdən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir