Çərşənbə , Oktyabr 23 2019
Home / Gündəm / Avstriyada partlayış nəticəsində bina uçub, 9 nəfər yaralanıb

Avstriyada partlayış nəticəsində bina uçub, 9 nəfər yaralanıb

Avstriyanın Tirol Federal Torpağında supermarketdə təbii qazla işləyən qurğunun partlaması nəticəsndə 9 nəfər xəsarət alıb.

MediAktiv.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də Sankt Yodok am Brenner rayonunda baş verib.

Yanğından sonra partlayış baş verib. Rayonun burqomisteri Klaus Unqerank deyib ki, çox güclü partlayış olub: “Nəticədə bina uçub. Bura çox fəlakətli görünür”.

Xilasedicilər bildirib ki, 9 nəfər yaralanıb, bir nəfər isə dağıntılar altında qalıb. 

Həmçinin oxuyun

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru “Azercell …