Cümə axşamı , Oktyabr 24 2019
Home / Gündəm / Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO

Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Mediaktiv.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus “UAZ” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru “Azercell …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir