Çərşənbə axşamı , Aprel 7 2020
Home / Gündəm / Azərbaycanda bütün qəbirlər eyni olacaq

Azərbaycanda bütün qəbirlər eyni olacaq

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılacaq. Bunun üçün qanun layihəsi hazırlanıb və müvafiq qrumlarla müzakirə edilib.

Qəbiristanlıqda bütün qəbirlər eyni formada olacaq və bütün yerlər üçün standart qiymət tətbiq ediləcək. Bütün qəbirlər eyni formada olacaq, təmizliyinə və təhlükəsizliyinə 24 saat nəzarət ediləcək.

Ölkənin bütün şəhər və kəndlərində yaradılması nəzərdə tutulan belə qəbiristanlıqlar üçün yeni qanun layihəsi də hazırlanıb və əlaqədar instansiyalarda müzakirə edilib.

Yeni qəbristanlıqlarda qiymət də ucuz olacaq və bütün yerlər üçün eyni tarif tətbiq ediləcək. Artıq kənd yerlərində belə qəbiristanlıqlara hansı qurumun nəzarət edəcəyi də bəllidir.

Yeni qanun layihəsinin yaxın aylarda müzakirə ediləcəyi gözlənilir. Bundan sonra nümunəvi qəbiristanlıqların dəqiq yerləri müəyyənləşdiriləcək.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir