Cümə axşamı , Sentyabr 17 2020
Home / Gündəm / Azərbaycanda daha 279 nəfər koronavirusa yoluxub, 592 nəfər sağalıb

Azərbaycanda daha 279 nəfər koronavirusa yoluxub, 592 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb,592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib-FOTO

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və …