Çərşənbə axşamı , Mart 2 2021
Home / Cəmiyyət / Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 mini ötdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 mini ötdü

Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib.

MediAktiv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər təhlükəli virusdan dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumata görə, son gün ərzində COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı627 881-ə çatıb.

Həmçinin oxuyun

İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan …