Cümə , Sentyabr 18 2020
Home / Gündəm / Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb

Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb

Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, 3493 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

Həmçinin oxuyun

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb – FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar …