Cümə axşamı , Mart 4 2021
Home / Cəmiyyət / Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azalıb

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azalıb

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azalaraq 55 nəfərə düşüb.

Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 18-də süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 63 nəfər idi.

Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində 340 xəstə müalicə olunur. Qeyd edək ki, ötən gün bu rəqəm 333 nəfər təşkil edirdi.  

Xatırladaq ki, bu gün Azərbaycanda daha 517 nəfər koronavirusdan sağalıb, 5 nəfər dünyasını dəyişib.

Son gün ərzində ölkədə COVID-19-a daha 388 yeni yoluxma aşkarlanıb.

Ölkədə indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib. Onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər təhlükəli virusdan dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Son gün ərzində COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı627 881-ə çatıb.

Həmçinin oxuyun

İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan …