Cümə axşamı , İyul 2 2020
Home / Cəmiyyət / Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib:

“Müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2015-ci ildə Vikipediyada “Turkmen” istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın da idarəçisidir. Rüfət 4 ildir ki, “Vikipediya”da fəaliyyət göstərir. Əsasən, Azərbaycan  tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə” statusu alıb.

1998-ci ildə anadan olan Rüfət Rəhimov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.

Həmçinin oxuyun

Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini …