Bazar , İyul 12 2020
Home / Gündəm / Bakıda “Mercedes” körpüdən aşıb, ölən və yaralananlar var

Bakıda “Mercedes” körpüdən aşıb, ölən və yaralananlar var

     Bakıda “Mercedes”in körpüdən aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

    Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması nəticəsində dünyasını dəyişmiş şəxslərdən biri avtomobilin sürücüsü Səlimov Səlim Zakir oğludur. Hadisə zamanı iki qardaş – 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu, habelə 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlu xəsarət alıblar.

       Yaralılardan biri – Cəlilov Gülağa İlham oğlu xəstəxanada dünyasını dəyişib.

      Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişənlərdən biri qadındır. O, avtomobilə sərnişin qismində əyləşibmiş.

     Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

   Mediaktiv.az “Report”-a istinadən xəbər verir ki, hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb.

     Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Prezident Naxçıvan polislərini təltif etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi …