Çərşənbə axşamı , İyun 2 2020
Home / Gündəm / Bu həftə Dağlıq Qarabağı müzakirə etmək üçün Rus, Erməni və Azərbaycan nazirləri görüşür

Bu həftə Dağlıq Qarabağı müzakirə etmək üçün Rus, Erməni və Azərbaycan nazirləri görüşür

  Moskvada aprelin 27-də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gələrək Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr aparılacaqlar.

  Mediaktiv.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, 3-lü görüşün Moskvanın təşəbbüsü ilə gerçəkləşdiriləcəyi qeyd edilib. Görüşdə Rusiya xarici işlər naziri Serqey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri edvard Nalbandyan iştirak edəcək.

  Qeyd edək ki, aprelin 19-da Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova da belə bir üçlü görüşün keçiriləcəyini açıqlamışdı.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …