1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun hərbçisi məhv edilib. İşğal edilmiş Dağlıq Qarabağda 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb. Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir. Ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilmişdi.
