Bazar , Sentyabr 19 2021
Home / Gündəm / Cəbhədən xəbər var

Cəbhədən xəbər var

   Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub.  Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

      Müdafiə Nazirliyi Mətbuat Xidməti

Həmçinin oxuyun

KİV: “Taliblər” geyiminə görə qadını qətlə yetirib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər …