Çərşənbə , İyun 3 2020
Home / Gündəm / Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev qeyd edib ki, Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olub. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənib, Vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Orta İxtisas Polis Məktəbinin yaradılması muxtar respublikanın təhlükəsizliyinə və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşmasına hesablanmış vacib qərar kimi mühüm tarixi əhəmiyyətə malikdir.
Bildirilib ki, məktəbdə kursantların yaxşı təhsil almaları və hərtərəfli biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb, kompüterlər, elektron lövhəli siniflər istifadəyə verilib, ən müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bu gün onlar Heydər Əliyev yoluna sədaqət və vətənpərvərlik ruhunda yetişdirilirlər.
Sonda “Müstəqil və Qüdrətli Azərbaycan Naminə 50 il” filmi nümayiş olunub.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …