Çərşənbə , Sentyabr 16 2020
Home / Cəmiyyət / DİN rayonlara gediş-gəlişlə bağlı detalları açıqladı

DİN rayonlara gediş-gəlişlə bağlı detalları açıqladı

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

MediAktiv.az xəbər verir ki, bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. 

O qeyd edib ki, həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə“icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib-FOTO

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və …