Bazar , Dekabr 15 2019
Home / Gündəm / Düşmənin Naxçıvan təlaşı!

Düşmənin Naxçıvan təlaşı!

Ermənistan “oyun”dan çıxarılır – mühüm gəlişmə; İki qardaş ölkənin silahlı qüvvələri bir ayda ikinci dəfə birgə təlimlərə başladı; erməni ekspert: “Moskva bizim maraqlar hesabına Bakı və Ankara ilə anlaşa bilər…”

İyunun 12-də Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb. Təlimlər iki qardaş ölkənin hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq şəkildə, qoşun növlərinin cəlb olunması ilə keçirilir.

Təlimlərdə məqsəd Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlər iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında ötən ayda da Azərbaycan ərazisində – Naxçıvanda ortaq təlimlər keçirilmişdi. Həmin təlimlər 10 gün sürmüşdü. Qısa zaman sonra təzədən iki qardaş ölkə Silahlı Qüvvələrinin birgə hərbi manevrlərinin baş tutması diqqət çəkməyə bilməz. Bundan əlavə, indinin üzündə Gürcüstanda – Tiflis yaxınlığında Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının ortaq təlimləri davam edir (iyunun 14-də bitəcək).

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir