Bazar ertəsi , Oktyabr 18 2021
Home / Gündəm / Erməni əsgər anası: “Sarkisyan oğlumun qatilinə medal verdi”

Erməni əsgər anası: “Sarkisyan oğlumun qatilinə medal verdi”

Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgər anaları ölkə prezidentinin ofisi qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Bununla həmin qadınlar oğlanların ölümü ilə bağlı istintaq işinin düzgün getmədiyinə diqqəti bir daha çəkmək istəyiblər.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda qeyri-döyüş şəraitində ölən Artur Qazaryanın anası İrina Qazaryan deyib: “Öldürülməsəydi oğlumun 26 yaşı olacaqdı. Oğlumu 18 yaşında bu cinayətkarlar Qarabağa göndərdi. Serj Sarkisyan oğlumun qatili Martin Cangiryana 2016-cı ili aprel döyüşlərinə görə medal verdi.

Qeyri-döyüş şəraitində ölən Varli Muradyanın anası Nana Muradyan isə biuldirib ki, oğlunun ölümü ilə bağlı cinyaət işi 4 ay əvvəl açılıb:

“Bu müddət ərzində hüququ-mühafizə orqanları heç bir fəaliyyət göstərməyib”.

Aksiyada iştirak edən əsgər anaları deyiblər ki, oğulları Ermənistan Müdafiə Nazirliyinin “Bu mənəm” proqramının qurbanıdırlar: “Kasıb ailələrin oğlulları bu proqram əsasında Qarabağda xidmət etməyə göndərilir. Bu proqram isə varlıların, imkanlıların oğullarının çətin yerlərdə xidmət etməsinin qarşısını alır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazrilyinin “Bu mənəm” proqramı əsasında Azərbaycanın işğal altında olan torpaqlarında, Azərbaycan-Ermənistan sərhədində 3 il hərbi xidmət edən hərbçilərə müddət ərzində 5 milyon dram (10 min dollardan çox) məbləğində pul verirlər.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Həmçinin oxuyun

Vətən müharibəsinin başlamasından bir il ötür

Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür. MEDIAKTIV.AZ xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər …