Cümə axşamı , İyul 30 2020
Home / Gündəm / Ermənistandakı raketlər aktiv vəziyyətə gətirildi

Ermənistandakı raketlər aktiv vəziyyətə gətirildi

Azərbaycanın aprel ayının 16-da başladığı genişmiqyaslı təlimlərdən sonra Ermənistan əl-ayağa düşüb. 
Mediaktiv.az Qaynar.az-a istinadən xəbər verir ki, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.
Bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.
Təlimlərdə 500 hərbçi və 100-dən artıq hərbi, o cümlədən “Buk-М1-2” raket-zenit kompleksi, С-300B, Erenburidəki Rusiya hərbi bazasının “Мiq-29” qırıcıları, “Мi-24P” və “Мi-8МТ” helikopterləri iştirak edəcək.
Təlim iştirakçıları mürəkkəb hava və yerüstü mühit şəraitində hava hədəflərini yaxalayacaq, Kamxud və Alagöz yüksək dağlıq ərazilərindəki poliqonlarda hərbçiləri zenit raket kompleksləri ilə məşq edəcəklər.
Təlimlər Cənubi Qafqazdakı Rusiya birləşmələrinin qış dövrü təlimlərinə nəzarət yoxlamaları çərçivəsində keçirilir.

Həmçinin oxuyun

Prezident İlham Əliyev Balakən, Şəki və Qəbələ rayonlarında da səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən, Şəki və Qəbələ rayonlarında da səfərdə olub. …