Cümə , Noyabr 15 2019
Home / Gündəm / Filippində həbsxana basqını

Filippində həbsxana basqını

  Filippində bir həbsxanaya edilən basqında 150’dən çox məhkum qaçdı, 1 edam məmuru ilə 6 məhkum öldü.

   Mediaktiv.az “Sabah”a istinadən xəbər verir ki, Filippinin cənubunda yerləşən bir həbsxanaya edilən basqında 1 məmur və 6 məhkum öldü, 150’dən çox məhkum fərar etdi.

   Yerli mətbuatdakı xəbərlərə görə, Kidapawan şəhərindəki Cənubi Kotabato Əyalət Həbsxanasına silahlı onlarla şəxsin təşkil etdiyi basqın nəticəsində, 1 məmur öldü, çıxan qarışıqlıqdan faydalanan 150-dən çox məhkum qaçdı.

     Həbsxana səlahiyyətlilərindən Peter Bungat, qaçan məhkumlardan 6-sının öldürüldüyünü, 3-ünün tutulduğunu söylədi.

     Bungat, həbsxanada əvvəl elektrikin kəsildiyini, sonra binalara atəş açıldığını ifadə edərək, basqının bəzi məhkumların qaçırılması üçün təşkil edildiyini açıqladı.

     Silahlı şəxslərin ictimaiyyətdə tanınan məhkumların qaldığı iki bölməyə yönəldiyini vurğulayan Bungat, qaçan məhkumların tutulması üçün əməliyyatların davam etdiyini qeyd etdi.

Həmçinin oxuyun

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir