Çərşənbə , Oktyabr 23 2019
Home / Gündəm / Hemilton 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub

Hemilton 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub

“Mercedes”in pilotu Lüis Hemilton “Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi olub.

Bu barədə “MediAktiv.Az “Qazeta.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, yarışda ikinci yerə onun komanda yoldaşı Valteri Bottas, üçüncü yeri isə “Ferrari”nin pilotu Şarl Lekler tutub.

Hemilton bununla 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub. O, bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasının birincisi olub. 

Xatırladaq ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5 – 7 iyunda olacaq. 

Həmçinin oxuyun

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru “Azercell …