Çərşənbə , Oktyabr 23 2019
Home / Gündəm / İlham Əliyev “Neftçi”nin sabiq prezidentinə fəxri təqaüd ayırdı
????????????????????????????????????

İlham Əliyev “Neftçi”nin sabiq prezidentinə fəxri təqaüd ayırdı

Azərbaycan Respublikasının Prezidenti Aydın Əli oğlu İbrahimova “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

A.İbrahimov idmanın inkişafında xidmətlərinə görə bu təqaüdə layiq görülüb.

Aydın İbrahimov 1938-ci ildə Gəncədə anadan olub. Uşaqlıqdan taleyini idmanla bağlayıb. 1960-cı illərdə güləş növü ilə peşəkar səviyyədə məşğul olub. SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi adına, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görülüb. Güləş üzrə Dünya və Avropa çempionudur.

A.İbrahimov “Neftçi” PFK-nın ilk prezidenti (1988-1997) olub.
Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb.

Həmçinin oxuyun

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru “Azercell …