Cümə , Sentyabr 20 2019
Home / Gündəm / İrəvanı qorxuya salan Azərbaycan bombası

İrəvanı qorxuya salan Azərbaycan bombası

Bütün güc strukturlarını qorxuya salan səbəb

İrəvanda bir sıra ekspertlər Azərbaycanın Ermənistan iqtisadiyyatını dağıtmaq istəyindən qorxuya düşüblər. Əvvəlcə, Azərbaycandan Ermənistana alma aparmışdılar, indi də konfet gedib. Görəsən, növbəti dəfə nə gedəcək və erməni ekspertləri qorxuya salacaq?

Əlqərəz, Ermənistanda həyəcan təbili çalırlar. Bütün güc strukturlarını narahat edən alma epidemiyasından sonra konfet qalmaqalı başlayıb. Azərbaycanda istehsal edilmiş konfetlər indi də bu Qafqaz respublikasının piştaxtalarında tapılıb. Aşkar edilən kimi onları müsadirə ediliblər. Miqdarı bildirilmir, amma mətbuatın yazdığına görə, utilizasiyaya göndərilib.

İrəvanda bəzi ekspertlər hətta deyirlər ki, bu yolla Azərbaycan Ermənistan iqtisadiyyatını dağıtmaq istəyir. Başqaları isə baş sındırırlar ki, Azərbaycan məhsullarının Ermənistana hansı yollarla daxil olduğunu öyrənsinlər. Bəlkə, hardasa ucqar yerlərdə onları paraşütlə tökürlər?

Yəqin ki, bu məhsulları Ermənistana yerli sahibkarlar aparırlar. Meyvələri və şirniyyatı Gürcüstanın müxtəlif bazarlarından alırlar. Onlar boş yerə riskə getmirlər. Bu məhsullara Ermənistanda böyük tələb var.

Bu gün İrəvanda Azərbaycanda istehsal edilmiş malların bu ölkəyə daxil olmaması üçün səylər göstərirlər. Ermənilər yəqin bilirlər ki, Bakıda və Azərbaycanın digər şəhərlərində fabriklə çox sayda dadlı məhsul istehsal edirlər – paxlava, qoğal, halva və s.

sonxeber.az

Həmçinin oxuyun

Tanınmış idmançı qəzada öldü

İtaliyalı konstruktor, iş adamı və yarışçı Fabio Bussi Venesiyada sürət kateri ilə qəzaya düşərək həyatını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir