Cümə axşamı , Sentyabr 23 2021
Home / Gündəm / İşlənmiş telefon alarkən diqqətli olun – VİDEO

İşlənmiş telefon alarkən diqqətli olun – VİDEO

Bakıda telefon dükanlarının birindən ikinci əl telefon alan şəxsin aldığı telefon oğurluq çıxıb.

Mediaktiv.az Oxu.Az-a istinadla xəbər verir ki, “28 May” metrosu yaxınlığındakı dükanlardan birindən 310 manata telefon alaraq qayınatasına hədiyyə edən şəxsə polisdən zəng gəlib ki, telefon oğurluqdur. Çox çəkməyib ki, həmin telefon vətəndaşdan alınıb. İndi həmin şəxs bir aylıq zəmanət kartı ilə pulunu mağazadan ala bilmir.

Mağazanın sahibi Cavid Mövsümov bildirib ki, telefonu bir nəfərdən şəxsiyyət vəsiqəsinin sürəti ilə alıblar. Onun oğurluq olmasından xəbərləri olmayıb.

Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis idarəsində araşdırma aparılır.

Ətraflı materialı təqdim edirik:

Həmçinin oxuyun

KİV: “Taliblər” geyiminə görə qadını qətlə yetirib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər …