Cümə , Mart 5 2021
Home / Dağlıq Qarabağ Münaqişəsi / İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında “Can Azərbaycana canımız fəda” şüarı ilə aksiya keçirilib. 

MediAktiv.az xəbər verir ki, aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər.

Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndirilib. 

Aksiyaçılar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribatlara etirazlarını bildiriblər, həmçinin Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər. 

Həmçinin oxuyun

İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan …