Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Gündəm / İstirahət günləri üçün hava proqnozu açıqlandı

İstirahət günləri üçün hava proqnozu açıqlandı

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. 

MediAktiv.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Kiçik Qafqazda gecə 3-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara zonasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Lakin noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Həmçinin oxuyun

Vətən müharibəsinin başlamasından bir il ötür

Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür. MEDIAKTIV.AZ xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər …