Cümə axşamı , Fevral 20 2020
Home / Gündəm / Mayın 5-dən yeni qadağa qüvvəyə minir – 40 manat cərimə

Mayın 5-dən yeni qadağa qüvvəyə minir – 40 manat cərimə

Mayın 5-dən IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda “Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa qüvvəyə minir.

Mediaktiv.az-ın Oxu.Az-a istinadən məlumatına görə, mayın 5-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.

Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheybət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq.

Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq nişanlarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər. Aidiyyəti olmayan avtomobillər zolağa girərsə, 40 manat cərimə olunacaqlar.

Həmçinin oxuyun

Dövlət başçısı: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”

“Mən tamamilə əminəm ki, biz hər ikimiz buraya həqiqəti demək üçün gəlmişik. Mənim giriş nitqimdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir