Şənbə , Sentyabr 19 2020
Home / Gündəm / Milli Məclis avqustun 6-7-də də toplanacaq, gündəlikdə altı məsələ var

Milli Məclis avqustun 6-7-də də toplanacaq, gündəlikdə altı məsələ var

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclaslarının vaxtı məlum olub.

MediAktiv.az-ın xəbərinə görə, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasları avqustun 6 və 7-də keçiriləcək.

İclasda aşağıdakı məsələlər ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ;

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.

Qeyd edək ki, qanun layihələri parlamentin avqustun 5-i keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.

Həmçinin oxuyun

Nazirliyin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib

Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, …