Bazar , Sentyabr 19 2021
Home / Gündəm / Müstəqilliyimizin itirildiyi gün – “Biz Bakı neftini ələ keçirdik”

Müstəqilliyimizin itirildiyi gün – “Biz Bakı neftini ələ keçirdik”

 Bu gün Azərbaycanın bolşeviklər tərəfindən növbəti dəfə işğal olunmasının 97-ci ildönümüdür.

Mediaktiv.az Sputnik.az-a istinadən bildirirki, 1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verir. Aprelin 28-də Hərbi İnqilab Komitəsi bolşeviklərin lideri Vladimir Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərir. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi. Ilk dövrdə ortaya atılmış “Müstəqil Sovet Azərbaycanı” şüarı isə işğalı pərdələmək üçün bolşeviklərə müəyyən dövr üçün lazım olan taktiki manevrdən başqa bir şey deyildi.

Həmçinin oxuyun

KİV: “Taliblər” geyiminə görə qadını qətlə yetirib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər …