Bazar ertəsi , Oktyabr 14 2019
Home / Gündəm / NATO mayın 25-də… – DƏHŞƏTLİ MÜHARİBƏ YAXINLAŞIR

NATO mayın 25-də… – DƏHŞƏTLİ MÜHARİBƏ YAXINLAŞIR

Almaniya hakimiyyəti Suriya və İraqda qərb koalisiyasının əməliyyatlarına NATO-nun iştirakı haqqında ABŞ-ın təklifini öyrənəcək.

Mediaktiv.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.

O qeyd edib ki, Almaniya hökuməti daha əvvəllər bu təklifə qarşı çıxırdı.

“Ancaq hazırda ABŞ-dakı yeni administrasiya ilə əlaqədar həm Suriyada, həm də İraqda vəziyyətin dəyişikliyi müşahidə olunur”, – Martin Şefer deyib.

Almaniya Xarici İşlər Nazirliyinin başçısı isə bildirib ki, bu məsələ ilə bağlı qərar NATO-nun mayın 25-də keçiriləcək sammitində qəbul ediləcək.

Daha əvvəl ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bildiriblər ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Suriya və İraqda ölkənin hərbi kontingentinin genişləndirilməsi üzrə səlahiyyət verib.

Bir neçə gün əvvəl Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib ki, Suriyada yaradılacaq təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin uçuşları üçün bağlanacaq.

Xatırladaq ki, Suriyada təhlükəsizlik zonalarının yaradılmasını nəzərdə tutan memorandum mayın 4-də Astanada Rusiya, Türkiyə, İran və Suriya müxalifəti arasında imzalanıb. Memorandum mayın 6-dan qüvvəyə minir. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

İngiltərənin “The Times” qəzetinin yazdığına görə, Türkiyə ordusu İdlibə hərəkət edəcək. Xəbərə görə, Astanada əldə olunan razılaşma təhlükəsizliyin təmin edilməsi və “Əl-Qaidə” terror qruplaşmasına bağlı qrupların İdlibdən tamamilə atılması üçün Türkiyə ordusunun bu vilayətə daxil olmasını nəzərdə tutur.

Rusiya isə təhlükəsizlik zonalarına daha çox hərbçi göndərməyə hazır olduğu barədə bəyanat verib.

Həmçinin oxuyun

Türkiyə ordusu Suriyada 1 qəsəbəni və 8 kəndi terrorçulardan təmizləyib

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir