Şənbə , Mart 28 2020
Home / Gündəm / Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub – FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub – FOTO

Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir.

MediAktiv.az xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev Ali Məclisin Sədrinə raport verib .

Sonra avadanlıqlara baxış olub. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Rusiya və Almaniya istehsalı olan 7 yanğınsöndürən avtomobil, eyni zamanda 2 xidməti minik avtomobili gətirilib. Yanğınsöndürmə avtomobilləri 3500 litr köpükəmələgətirən maye ilə təchiz edilib. Nazirliyə fərdi tənəffüs vasitələri, sınaq avadanlığı, yanğın nərdivanları, yanğınsöndürən və xilasedicilər üçün xüsusi geyim formaları və digər texniki vasitələr olmaqla 63 adda müxtəlif təyinatlı avadanlıqlar, eləcə də tibbi çadır verilib.

Tibbi çadır fəlakət ocaqlarında xəsarət alan insanlara ilk tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və lazımi şəraitlə təmin olunub.

Ali Məclisin Sədri avtomobil və avadanlıqlardan təyinatı üzrə düzgün istifadə olunması barədə müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

Azərbaycan Prezidenti: Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun

Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun. MediAktiv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın …