Cümə , Mart 5 2021
Home / Cəmiyyət / Naxçıvanda dövlət ümumi təhsil müəssisələrində və şahmat məktəblərində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası keçirilib

Naxçıvanda dövlət ümumi təhsil müəssisələrində və şahmat məktəblərində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası keçirilib

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.

MediAktiv.az NAXCiVANXEBERLERİ.COM-a istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 20 iyul 2020-ci il tarixdə şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanında qeydiyyatdan keçmiş 20 müəllim iştirak etmişdir. Test imtahanında iştirakçılara 40 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 60 dəqiqə vaxt verilmişdir. Test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandırmış 18 nəfər müvafiq keçid balını toplamışdır.

Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılmışdır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

İmtahanda iştirakçılar tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …