Bazar , May 16 2021
Home / Gündəm / Orucun sağlamlığa faydaları

Orucun sağlamlığa faydaları

İnsan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır Məhəmməd Peyğəmbər (s) deyib ki: “Oruc tutun ki, sağlam olasınız”. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır. 

Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur. 

Həkimlər bildirir ki, oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur”. 

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və “yorulur”. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir. 

Həmçinin oxuyun

Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir. MEDIAKTIV.AZ xəbər verir ki, bu …