Bazar ertəsi , İyun 14 2021
Home / Gündəm / Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın instaqramda etdiyi paylaşımda bildirilib.

“Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN” – Mehriban Əliyeva instaqramda qeyd edib.

Həmçinin oxuyun

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır – TAM SİYAHI

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır. MEDİAKTİV.AZ xəbər verir ki, bu gündən bir sıra yumşaldılma …