Bazar ertəsi , May 10 2021
Home / Gündəm / Qarabağda erməni əsgəri öldü

Qarabağda erməni əsgəri öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq xidmət edən hərbçi ölüb.

MediAktiv.az  “News.am”a istinadən xəbər verir ki, hərbçinin ölümünə səbəb güllə yarası olub.

Hadisə fevralın 14-ü saat 19:00 radələrində baş verib.

Ayk Asryan adlı hərbçinin hansı şəraitdə ölməsi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana …