Cümə axşamı , Dekabr 3 2020
Home / Gündəm / Rusiyada daha bir partlayış

Rusiyada daha bir partlayış

           Rusiyanın Rostov-on-Don şəhərinin mərkəzində partlayış baş verib.

     Mediaktiv.az İnterAz-a istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər yaralanıb. Bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. İnsident məktəbin yaxınlığında baş verib.

      “İnsident Moskva vaxtı ilə saat 07:00-da baş verib. İlkin məlumata görə, bir nəfər yaralanıb”, – mənbə qeyd edib.

       Evsiz şəxs naməlum əşya tapıb. Onu açmağa çalışarkən partlayış baş verib. Həmin şəxsin barmaqları qopub.

          Polis ərazini nəzarət götürüb. Hadisə yerində xüsusi xidmət orqanları çalışır.

Həmçinin oxuyun

Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi (FOTO)

Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır. Nümunə olaraq bu gün Goranboy …