Cümə , Noyabr 15 2019
Home / Gündəm / Şəhid verdik!

Şəhid verdik!

   Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Mediaktiv.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Həmçinin oxuyun

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir