Bazar , Aprel 18 2021
Home / Gündəm / Şefik Caferoviç Prezident İlham Əliyevə başsağlığı verib

Şefik Caferoviç Prezident İlham Əliyevə başsağlığı verib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç son günlər cəbhə xəttində şəhid olan hərbçilərə görə Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

MediAktiv.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq”.

Həmçinin oxuyun

Bayden: “İranla danışıqlar davam edir”

“İranla danışıqların nəticələrini qiymətləndirmək hələ tezdir, lakin danışıqlar davam edir”. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu ABŞ …