Cümə axşamı , Sentyabr 23 2021
Home / Gündəm / TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqladı

TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqladı

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı 335 nəfərdir.

MediAktiv.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfərdir.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 365 nəfərdir.

Həmçinin oxuyun

Alimlər: Peyvənd edilməyən insanlarda koronavirusdan ölüm riski 11 dəfə yüksəkdir

Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur. MEDIAKTIV.AZ xəbər verir …