Bazar , May 2 2021
Home / Gündəm / TƏCİLİ: İstanbulda rus hərbi gəmisinə zərbə – Əsgərlər yoxa çıxdı (VİDEO)

TƏCİLİ: İstanbulda rus hərbi gəmisinə zərbə – Əsgərlər yoxa çıxdı (VİDEO)

Qara dənizdə Rusiyanın hərbi kəşfiyyat gəmisi yük gəmisi ilə toqquşub. Mediaktiv.az İstiPress-ə istinadən verdiyi məlumata görə, hadisə İstanbul boğazının yaxınlığında baş verib.

Məlumata görə, RS LİMAN və MV YOUZARSİT gəmilərinin toqquşması nəticəsində 78 rus əsgəri dənizə düşüb. Onlardan 63-ü xilas edilsə də, 15 hərbçi hələ də axtarılır. Bəzi məlumatlara görə isə 45 nəfər xilas edilib.

Axtarışlarda Türkiyənin Sahil mühafizə və Dəniz Qüvvələrinin gəmiləri də iştirak edir. Rusiya hadisə yerinə An-26 təyyarəsini göndərib.

Rusiya MN bildirir ki, toqquşan “Liman” gəmisi Qara dəniz donanmasına aiddir, hadisə İstanbul boğazının 40 kilometrliyində baş verib. Qara dəniz donanmasının gəmiləri və aviasiyası hadisə yerinə göndərilib.

Həmçinin oxuyun

Orucun sağlamlığa faydaları

İnsan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox …