Bazar ertəsi , Noyabr 18 2019
Home / Gündəm / “Türkiyə Naxçıvanda hərbi baza yaradır” – işğalçıya ölüm kimi xəbər

“Türkiyə Naxçıvanda hərbi baza yaradır” – işğalçıya ölüm kimi xəbər

Rusiyalı tanınmış hərbi ekspertdən erməni generalı pərt edən açıqlama: rus-erməni birgə qruplaşması Kremlin razılığı olmadan Ermənistandan kənara yeridilə bilməz; “Qarabağda müharibə Azərbaycan hüdudlarından çıxmayınca Rusiya konfliktə müdaxilə etməyəcək”

Mediaktiv.az Anaxəbər.az-a istinadən xəbər verirki, ötən həftəsonu Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan özündənrazı şəkildə bəzi açıqlamalar verdi. Erməni generalın iddiasına görə, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər və hətta bunu Putinin göstərişi olmadan belə, həyata keçirmək iqtidarındadır. Bu üzdən dərhal belə bir sual gündəmə gəldi ki, gerçəkdən belə şey mümkündür, yoxsa Makaryan özfəaliyyətlə məşğuldur?

Artıq bəzi rusiyalı hərbi ekspertlər məsələyə reaksiya verib. Məsələn, tanınmış hərbi analitik, “Milli müdafiə” jurnalının redaktoru, Dünya Silah Ticarəti Analitik Mərkəzinin direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyinin İctimai Şurasının üzvü, polkovnik İqor Korotçenko haqqın.a-a deyib ki, Makaryanın bu açıqlaması daxili auditoriyaya, siyasi effektə hesablanan siyasi bəyanatdır. Rusiyalı jurnalist və analitik Vadim Dubnov isə “Moskvanın razılığı olmadan rus-erməni hərbi qruplaşmasını general Makaryan Qarabağa apara bilərmi” sualına qısa və aydın cavab verib: “Əsla!”

Dünən isə bu mövzuda digər tanınmış rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr danışıb. Musavat.com-un məlumatına görə, 1in.am nəşrinə açıqlamasında Xramçixin faktiki şəkildə erməni tərəfini məyus edən fikirlər söyləyib və Andranik Makaryanın eyforik sözlərini təkzib edib.

“Mən birgə hərbi qruplaşmadan istifadə ilə bağlı məhz ortaq qərarın veriləcəyinə şübhə eləmirəm. Bu, şübhəsiz ki, qoşunların idarə etməsini mürəkkəbləşdirəcək, çünki Ermənistanda əmrləri kimsə tək verməlidir. Bununla belə, hesab edirəm ki, qərarlar birgə qəbul olunacaq. Məntiqlə hərbi qruplaşma ümumidirsə, o zaman əmrlərlə bağlı qərarlar da birgə qəbul edilməlidir”, – deyə rusiyalı ekspert erməni tərəfi umsuq edib.

“Bəs Rusiya-Ermənistan qruplaşması birgə qərarla necə, Qarabağa yeridilə bilərmi” sualına Aleksandr Xramçixin belə cavab verib: “Mən dəfələrlə bu mövzuda danışmışam. Mahiyyət etibarilə hətta Ermənistanın özü nə qədər paradoksal görünsə də, Dağlıq Qarabağın ”müstəqilliyini” tanımayıb (dırnaqlar bizimdir-red.) Müharibə bilavasitə Ermənistan ərazisinə toxunmayınca, Rusiya çətin ki, Qarabağ istiqamətində hansısa addım atsın. Əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə toxunsa, o halda mümkündür ki, qruplaşma Qarabağ cəbhəsinə cəlb edilsin. Yox, müharibə müstəsna olaraq Qarabağın (Azərbaycanın – red.) hüdudları daxilində olacaqsa, o zaman Rusiya münaqişəyə müdaxilə etməyəcək”.

Rusiyalı ekspertin sözlərinə görə, hərbi əməliyyatlar zamanı Gümrüdəki 102 saylı hərbi bazaya erməni komandanlığına tabe olmaq barədə Moskvadan göstəriş gələ bilər, ancaq: “İstənilən halda siyasi səviyyədə qərarlar birgə qəbul olunacaq”.

*****

Xatırladaq ki, erməni-rus birgə qruplaşması 102 saylı hərbi baza, Erebunidəki Rusiya hərbi-hava qüvvələri bazası və Ermənistanın 4-cü ordusu əsasında yaradılıb. Bu birləşmənin əsas hədəflərinə gəlincə, Xramçaxin deyib: “Mənim başa düşdüyüm qədər 102-ci baza Türkiyəni çəkindirmək üçün yaradılıb. Deməli, birləşmiş hərbi qruplaşmanın da hədəfi Türkiyənin Qarabağ konfliktinə müdaxilədən çəkindirmək olmalıdır. Azərbaycanla isə Qarabağ qüvvələri vuruşmalıdır. Aydındır ki, bu qüvvələr güclü şəkildə Ermənistan silahlı qüvvələrinə inteqrasiya edib, amma formal olaraq müstəqildirlər”.

Analitik bu mövzunun xüsusən də təzəcə başa çatan Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərindən sonra aktual olması fikri ilə razılaşır: “Əlbəttə ki, aktualdır. Doğrudur, Rusiya bu təlimlərə heç cür reaksiya vermədi. Hətta sanki onları görmədi”.

Erməni nəşrin bunun ardınca “Bəs Türkiyənin Naxçıvanda hərbi baza qurmaq planı ilə bağlı yayılan məlumatlar, sizcə, ciddidirmi” sualına Xramçixin qısa və aydın cavab verib: “Yəqin ki, hə”.

Həmçinin oxuyun

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir