Çərşənbə axşamı , İyul 23 2019
Home / Gündəm / Zəhranın məzarı üstündə tükürpədən görüntü

Zəhranın məzarı üstündə tükürpədən görüntü

Erməni terrorçuları tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyevanın məzarı üstünə qoyulan oyuncaq da sanki körpənin ağrısını hiss edir. Zəhra qəlpə yarası alarkən sol gözü dağılmışdı, məzarı üstündəki kukla da sanki bunu hiss edərək sol gözünü yumub.

Bu barədə tanınmış jurnalist Anar Nəcəfli Facebook səhifəsində yazıb.

Zəhranın məzarını ziyarət edən A.Nəcəfli sosial şəbəkədə bunu yazıb:

“Zəhra bala, gözünə dəyən o qumbaranın qəlpəsinin ağrısını sənin məzarın üstünə qoyulan kukla da elə bil hiss edərək bir gözünü yumub!… İnşallah o həyat eşqi ilə alışıb-yanan gözünə dəyərək onu birdəfəlik qapadan qəlpədən həmin qumbaranı atanların ürəklərinə dəyərək parça-parça edər. Necə ki, bizim ürəklərimizi parça-parça etdi sənin vaxtsız ölümün.. Əslində sən ölməmisən, sadəcə şirin yuxuya dalmısan! Yuxun şirin olsun, Zəhra balamız!!!”

Həmçinin oxuyun

Hərbi təlimlər düşməni qorxuya salıb – Yeni FOTOLAR

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir