Cümə axşamı , Avqust 13 2020
Home / Hərbi / Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur – PA rəsmisi

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur – PA rəsmisi

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.

MediAktiv.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: “Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı sülhməramlılarımız arasında bir hərbçimizdə virus aşkarlanmışdı, o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb.

Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur”.

Həmçinin oxuyun

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları …