Cümə axşamı , Sentyabr 23 2021
Home / Hərbi / Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil ekspertləri görüşüb

Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil ekspertləri görüşüb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, tərəflər hərbi təhsil sahəsində razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də hərbi ingilis dili kurslarının təşkilinin və ölkə xaricində keçirilən müxtəlif kurslarda iştirak edən hərbi qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini qeyd ediblər.

Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi məlumat yaydı

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq …