Bazar , Sentyabr 19 2021
Home / Hərbi / Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin təminatı yaxşılaşdırılır

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin təminatı yaxşılaşdırılır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.

Müdafiə Nazirliyindən MEDIAKTIV.AZ -a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.

Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi məlumat yaydı

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq …