Bazar ertəsi , İyul 13 2020
Home / Hərbi / “Boeing 737 Max”ların sınaq uçuşlarına icazə verildi

“Boeing 737 Max”ların sınaq uçuşlarına icazə verildi

İyunun 29-da “Boeing 737 Max” təyyarələrinin sınaq uçuşlarına başlamasına dair “Boeing” şirkəti tərəfindən rəsmi göstəriş verilib.

MediAktiv.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bildirib. Uçuşlar bu gün başlamalıdır.

Bu addım ötən ilin mart ayından sərnişindaşımalarda istifadəsi dayandırılan “Boeing 737 Max” təyyarələrinin yenidən dövriyyəyə qaytarılması üçün mühüm hadisə olaraq qəbul edilir.

Ötən gün FAA-nın Konqresə göndərdikləri məktubda təyyarənin təhlükəsizlik sistemlərindəki yoxlamaları başa çatdırdıqları, lakin məhdudiyyətin nə zaman ləğv ediləcəyinin hələlik məlum olmadığı qeyd olunub.

“Boeing 737 Max”ın bu gün başlaması nəzərdə tutulan və bir neçə gün davam edəcək sınaqlarından başqa, bir neçə ay çəkəcək yoxlamalar da keçirilməlidir. Bu yoxlamalar zamanı təyyarənin təhlükəsizlik sisteminə gətirilən dəyişikliklərin FAA-nın sertifikat standartlarına uyğun olub-olmadığı müəyyənləşdirilməlidir.

Xatırladaq ki, “Boeing 737 Max” təyyarələrinin müntəzəm xətlərdəki istifadəsi iki böyük qəzadan sonra ötən ilin mart ayında dayandırılmışdı. Ötən müddət ərzində təyyarədə olan bir sıra mühüm nöqsanlar aradan qaldırılıb, bu ilin may ayının sonunda isə “Boeing” şirkəti bu təyyarələrin yanvar ayından dayandırılmış istehsalına yenidən başladıqlarını açıqlayıb.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə MediAktiv.az-a …